...

Bu gün güclü külək harada müşahidə edilib?

Cəmiyyət Materials 9 Oktyabr 2019 15:57 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Deprtamenti bu gün müşahidə edilən faktiki havanı açıqlayıb.
Bu gün güclü külək harada müşahidə edilib?

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Deprtamenti bu gün müşahidə edilən faktiki havanı açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da şimal-qərb küləyinin sürəti arabir Naftalanda 28, Daşkəsəndə 25, Tərtərdə 22, Xınalıq, Bakı, Ələtdə 20, Neft Daşlarında 18, Pirallahıda 17, Gədəbəydə 15 m/s-dək güclənib.

Bu gün dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti