...

Simpozium iştirakçıları Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edib

Cəmiyyət Materials 22 Oktyabr 2019 11:43 (UTC +04:00)
Konfransda məruzə ilə çıxış edən 20-dən çox alimin “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda toplanmış məqalələri kitab şəklində çap olunacaq.
Simpozium iştirakçıları Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edib

Trend-i buradan izləyin

Bakı. Trend:

İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda 21-22 oktyabr 2019-cu ildə keçirilən ikigünlük Simpoziumun iştirakçıları Azərbaycan ictimai fikir tarixinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun məzarını ziyarət etdib.

Qeyd edək ki, Simpozium bu gün öz işini panellərlə davam etdirir. Konfransda məruzə ilə çıxış edən 20-dən çox alimin “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda toplanmış məqalələri kitab şəklində çap olunacaq.

Məlumat üçün bildiririk ki, “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda keçirilən Simpozium 19-20 sentyabr 2019-cu il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda eyni mövzuda keçirilmiş elmi konfransın davamıdır. Tədbir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinin keçirilməsi haqqında” 2019-cu il 10 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti