...

“Həkimlərimizi tanıyın!” - Fizioterapevt-reabilitoloq Afət Çəndirli

Cəmiyyət Materials 21 Noyabr 2019 12:15 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə hər bir pasiyentə individual yanaşan qayğıkeş həkim, fizioterapevt-reabilitoloq Dr. Afət Çəndirlini təqdim edirik.
“Həkimlərimizi tanıyın!” - Fizioterapevt-reabilitoloq Afət Çəndirli

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə hər bir pasiyentə individual yanaşan qayğıkeş həkim, fizioterapevt-reabilitoloq Dr. Afət Çəndirlini təqdim edirik.

Dr. Afət Çəndirli Mərkəzi Gömrük Hospitalında elektroforez, elektrostimulyasiya, impuls tokları ilə müalicə, fonoforez, mikrodalğa, limfodrenaj, zərbə dalğa terapiyası, traksion dartma, darsvanval, vakuum ilə müalicə, parafinlə müalicə, naftalanla müalicə, maqnitoterapiya, müalicəvi idman, kinezioteypinq kimi müalicə metodlarından istifadə etməklə reabilitasiya mərhələsində olan xəstələrin müalicəsini həyata keçirir.

Dr. Afət Çəndirli 1995-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1995-1996-cı illərdə Bakı şəhər 3№-li Klinik Xəstəxanasında internatura keçmişdir.

Əmək fəaliyyətinə 1998-ci ildə başlamış Dr. Afət Çəndirli 2004-2005-ci illərdə Səudiyyə Ərəbistanının Al-Jouf Hospitalında, 2011-2013-cü illərdə Azərbaycan dövlət tibb məssisələrində fizioterapevt-reabilitoloq çalışmışdır. 2015-ci ildən Dr. Afət Çəndirli Mərkəzi Gömrük Hospitalında fizioterapevt-reabilitoloq işləyir.

Dr. Afət Çəndirli 2004-2005-ci illərdə Səudiyyə Ərəbistanında fizioterapiya üzrə təlimdə, 2012-ci ildə Avstriyanın Vyana şəhərində Donaşpital reabilitision klinikasında Fizioterapiya və bərpa üzrə təlim kursunda, 2015-ci ildə Avstriyanın Zalsburq şəhərində Fizioterapiya ve rebialitasiya kursunda, 2018-ci ildə Türkiyənin Antalya şəhərində Fizioterapiya üzrə konqresdə, yenə həmin ildə Türkiyənin Sivas şəhərində Reabilitasiya üzrə konqresdə iştirak etmişdir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/afet-chendirli/

Dr. Afət Çəndirlinin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti