...

Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 10 min 600-ə çatıb

Cəmiyyət Materials 16 Dekabr 2019 15:40 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilən şəxslərin sayı 10 600-ə çatıb.
Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 10 min 600-ə çatıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilən şəxslərin sayı 10 600-ə çatıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 2345 nəfəri əlilliyi olan şəxslər, 1835 nəfəri məcburi köçkünlər, 479 nəfəri ünvanlı sosial yardım alanlar, 257 nəfəri şəhid ailəsi üzvləri, 133 nəfəri isə cəzaçəkmə müəssisəsindən azad edilənlərdir.

Proqram iştitakçılarından böyük əksəriyyəti artıq biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti