...

“Carlsberg Azerbaijan” və Azərbaycan Dövlət İqtisad Universiteti vergi siyasətinə dair dəyirmi masa keçirib (FOTO)

Cəmiyyət Materials 18 Dekabr 2019 16:00 (UTC +04:00)
Carlsberg Azerbaijan” və Azərbaycan Dövlət İqtisad Universiteti vergi siyasətinə dair dəyirmi masa keçiriblər
“Carlsberg Azerbaijan” və Azərbaycan Dövlət İqtisad Universiteti vergi siyasətinə dair dəyirmi masa keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” adlı dəyirmi masa keçirilib.

Trend-in məlumatına görə, dekabrın 17-si keçirilən tədbirdə Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Məclis, biznes nümayəndələri və elm adamlarının qatıldığı tədbir Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin idarə olunması departamentinin və “Carlsberg Azerbaijan” şirkətinin dəstəyi ilə reallaşdırılıb.

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva çıxışında ölkədə vergi siyasəti sahəsində həyata keçirilən islahatlar, gələn ildən ölkədə tətbiq edilməsi planlaşdırılan əlavə güzəştlər, bu güzəştlərin sahibkarlığın, xüsusən də, kiçik və orta sahibkarlığın inkişafına təsiri barədə danışıb. Nazirlik nümayəndəsi həmçinin kölgə iqtisadiyyatı ilə mübarizədə aparılan tədbirlərin səmərəliliyindən danışıb.

Cənab V.Malçev təmsil etdiyi “Carlsberg Group”un Azərbaycan hökümətinin bizneslə əməkdaşlıq sahəsində atdığı addımları yüksək qiymətləndirdiyini və bu addımların dövlət-özəl sektor arasında səmərəli əməkdaşlığın yalnız başlanğıcı olduğunu vurğulayıb.

Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov dövlət və özəl sektor arasında dialoqun beynəlxalq təcrübəsindən danışdı, eləcə də, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbir Azərbaycanda iqtisadiyyatın və biznesin inkişafında dayanıqlı inkişafın əsasını qoyacaq yeni platformanın əsası qismində çıxış edib. Müzakirələrdə həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Auditorlar Palatası və digər qurumların rəhbərləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti