...

Naqif Həmzəyev: Azərbaycan türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə töhfəsini əsirgəmir

Cəmiyyət Materials 18 Dekabr 2019 15:10 (UTC +04:00)
Azərbaycan türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə töhfəsini əsirgəmir
Naqif Həmzəyev: Azərbaycan türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə töhfəsini əsirgəmir

Bakı. Trend:

Müstəqil ölkəmizin qlobal məzmun daşıyan beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. Tarix boyu türk dünyasını birləşdirən qızıl həlqə olan Azərbaycan bu dəfə yenidən türk dünyasını bir araya toplayıb.

Trend-in məlunatına görə, bunu YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikası Milli Məclisin ev sahibliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası Bakıda keçirilir. Ölkəmizin növbəti beynəlxalq uğuru kimi tarixə yazılacaq mötəbər tədbirdə təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil veriləcək. Mötəbər təşkilatlara sədrlik baxımından Azərbaycanın təcrübəsi zəngindir. Ölkəmiz bundan əvvəl də dünyanın ali təşkilatı BMT Təhlükəsizlik Şurasına rəhbərlik edib. Ölkəmizin paytaxtında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündən, dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurum olan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündən sonra hər iki təşkilata rəhbərlik ölkəmizə keçib. Beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün bərpa edilməsinə verdiyi töhfələrin məntiqi nəticəsidir ki, ölkəmizin üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirir, mötəbər təşkilatlara uğula rəhbərlik edir.

Türkdilli dövlətlərlə münasibətlər, əlaqələrin qurulması Azərbaycanın xarici siyasətinin hər zaman prioritet istiqamətlərdən olub. Azərbaycanın təşəbbüsü ilə inşa edilən beynəlxalq layihələr türkdilli dövlətlərini birləşdirməklə yanaşı, türk dövlətlərinin sarsılmaz birliyinə böyük töhfələrini əsirgəmir. Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttiindən bu gün Azərbaycan, Qazaxıstan və Türkiyə istifadə edir. Gələcəkdə digər türkdilli dövlətlərinin də nəhəng infrastruktura qoşulması gözlənilir. Neft-qaz boru kəmərləri tranzit ölkə kimi qardaş Türkiyəyə öz faydasını verir. Ölkəmizin təşəbbüsü ilə reallaşan enerji layihələri Qazaxıstan və Türkmənistanın ixrac imkanlarına müsbət təsir göstərir. Türk Şurası çərçivəsində fəaliyyət göstərən Türk Mədəniyyəti və İrsi Fondu da Azərbaycanın təşəbbüsü ilə yaradılıb.

Bu bir daha onu göstərir ki, Azərbaycan nəinki siyasi sferada, o cümlədən qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların da beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirir.

Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclasının Bakıda keçirilməsi, təşkilata sədrliyin Azərbaycana keçməsi türk birliyinin formalaşmasında, türk dövlətləri arasında əməkdaşlığın, münasibətlərin genişləndirilməsində ölkəmizin rolunun daha da artmasına şərait yaradaçaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti