...

Polis seçkilərdə öz fəaliyyətini qanun çərçivəsində həyata keçirir - Məzahir Pənahov

Cəmiyyət Materials 22 Dekabr 2019 12:51 (UTC +04:00)
Azərbaycan polisi seçkilərdə öz fəaliyyətini qanun çərçivəsində həyata keçirir
Polis seçkilərdə öz fəaliyyətini qanun çərçivəsində həyata keçirir - Məzahir Pənahov

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan polisi seçkilərdə öz fəaliyyətini qanun çərçivəsində həyata keçirir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, 2000-ci ildən bu günə qədər müşahidə aparan daxili və xarici qurumlar tərəfindən Azərbaycan polisinin fəaliyyətinə irad tutulmayıb:

“Polisin səsvermə günü fəaliyyəti ilə bağlı regional tədbirlər keçiririk. Yaddaş kitabçası hazırlayırıq. Sevindirici haldır ki, polislə keçirdiyimiz tədbirlər öz müsbət nəticələrini verib”.

Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti