...

Gəncə TV internet televiziyası icvtimaiyyətə təqdim edildi VİDEO

Cəmiyyət Materials 31 Dekabr 2019 12:50 (UTC +04:00)
Dekabrın 30-da Gəncə şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının dəstəyi ilə yaradılan Gəncə TV internet televiziyasının təqdimat mərasimi keçirilib.
Gəncə TV internet televiziyası icvtimaiyyətə təqdim edildi VİDEO

Bakı. Trend:

Dekabrın 30-da Gəncə şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının dəstəyi ilə yaradılan Gəncə TV internet televiziyasının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkil Pərvin Kərimzadə, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, QHT, gənclər təşkilatlarının, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və şəhər ictimaiyyəti iştirak edib.

Tədbiri Gəncə TV-nin rəhbəri Tural İsaqov açaraq, internet portalı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Gəncə TV-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova çıxış edərək, Gəncə TV-nin Nizami yurdunun qədim tarixinin, zəngin mədəniyyətinin, görkəmli şəxsiyyətlərinin, müasir inkişafının və turizm potensialının təbliğində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb, internet portalının Gəncənin tanıdılmasında və təbliğində görülən işlərin davamı olduğunu qeyd edib.

Millət vəkili Naqif Həmzəyev bildirib ki, ən sevindirici məqam odur ki, Gəncə TV internet televiziyası qədim Gəncə öz adına qovuşduğu günün ildönümündə ictimaiyyətə təqdim edilir. 30 il əvvəl-1989-cu ilin 30 dekabrında bir qrup Gəncə ziyalısının təkidi ilə Gəncə adının özünə qaytarıldığı gündə Gəncə TV-nin təqdimatı simvolik xarakter daşıyır.

Millət vəkili Pərvin Kərimzadə tarixə nəzər salaraq, azadlıq və istiqlaliyyətin ilk müjdəsi olaraq Gəncə adının qaytarılmasından sonra bir müddət fırtınalar və burulğanlar içində çalxalanan qədim şəhər xalqın təkidli tələbi və iradəsi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində nicat yolunu tapdığını vurğulayıb. Millət vəkili belə bir əlamətdar gündə ictimaiyyətə təqdim edilən Gəncə TV-nin internet üzərindən bütün dünyaya ulu öndərin memarı olduğu Azərbaycanda, Gəncə şəhərində baş verən ictimai-siyasi hadisələri işıqlandıraraq, media aləminə töhfələrini verəcəyini bildirib.

Tədbirdə digər çıxış edənlər əminlikdə qeyd ediblər ki, Gəncə TV izləyicilərin marağını özünə cəlb etməyi rəqəbətə davamlı verilişlərlə tamaşaçılarının zövqünü oxşamağı bacaracaq.

Mərasimdə Gəncə TV-nin Nizami yurdunun adının özünə qaytarılması ilə bağlı hazırladığı reportaj nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti