...

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qeydiyyatçı vəzifəsinə işə qəbul elan edir

Cəmiyyət Materials 13 Yanvar 2020 10:15 (UTC +04:00)
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qeydiyyatçı vəzifəsinə işə qəbul elan edir

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qeydiyyatçı (resepşn) vəzifəsinə işə qəbul elan edir. Trend AQTİ-yə istinadən məlumatı təqdim edir:

Vəzifə və öhdəliklər:

- Gələn vətəndaşların dinlənilməsi, məlumatlandırılması, aidiyyəti şöbə ilə əlaqələndirilməsi;

- Gələn qonaqların qarşılanması və yola salınması;

- Daxil olan korrespondensiyanın qəbul edilməsi;

- Kənar şəxslərin inzibati binaya daxil olmasının qarşısının alınması üçün tədbirlər görmək, giriş zamanı onlardan sənəd tələb etmək, qeydiyyatını təşkil etmək;

- Telefon zənglərini qəbul etmək və aidiyyəti üzrə cavablandırmaq.

Namizədə tələblər:

- Yaş həddi: 35 yaşadək;

- Kompüterdə işləmək bacarığı (ofis proqramları və s.);

- Ünsiyyətcil və komanda ruhlu;

- Detallara diqqətlilik, səliqə və peşəkarlıq;

- Əməyin təşkilinin əsasları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları ilə bağlı biliklərə malik olmalı;

- Ali təhsilli;

- Təcrübəyə dair tələb: müvafiq vəzifədə 1 ilədək iş təcrübəsi;

- Azərbaycan dilini səlis bilməli (Rus və ya ingilis dili arzuolunandır).

Şərtlər:

- Tam iş günü, iş qrafiki 09.00-dan 18.00-dək. Bazar ertəsi - cümə - həftənin 5 günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ resepşn” yazaraq, 30.01.2020 tarixinə qədər [email protected] ünvanına göndərmələri xahiş olunur. Əks halda, göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti