...

Bakı polisi bir gündə 26 cinayətin üstünü açdı

Cəmiyyət Materials 7 Fevral 2020 09:10 (UTC +04:00)
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da 26 cinayətin üstü açılıb.
Bakı polisi bir gündə 26 cinayətin üstünü açdı

Bakı. Samir Əli - Trend:

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da 26 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 4, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti