...

GoldenPay Koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar xüsusi iş rejiminə keçdi

Cəmiyyət Materials 19 Mart 2020 10:30 (UTC +04:00)
GoldenPay Koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar xüsusi iş rejiminə keçdi

Bakı. Trend:

Koronavirus infeksiyasının(COVİD-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə GoldenPay şirkətinin işçiləri xüsusi iş rejiminə keçdilər. İdarə heyətinin sədri Naina Mehdiyeva bildirir ki, komanda üzvlərimizin sağlamlığı bizim üçün ilk növbədədir. Ofis şəraitində, yəni qapalı məkanda işçilərin bir arada işləməsini mövcud şəraitdə riskli hesab edirik. İşçilərin evdən çıxmadan ev ofisi prinsipi ilə çalışmasına şərait yaradılıb. İclas və görüşlərin xüsusi platformaların dəstəyi ilə onlayn qaydada həyata keçirilməsi təmin olunub.

İstifadəçilər evdən çıxmadan Hesab.az platformasından faydalana bilər. Belə ki, buradan kommunal, mobil, internet, kabel TV və bunun kimi digər ödənişlər onlayn edilə bilər. Hesab.az-ın mobil tətbiqini smartfonlarına yükləyərək bir çox ödənişləri platforma üzərindən edə bilərlər.

Bununla yanaşı, ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə alaraq GoldenPay hər gün saat 10:00-dan 19:00-dək istifadəçilərə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı aşağıdakı alternativ xidmətlərindən istifadə etməyi tövsiyə edir:

Müraciətlərin operativ həlli üçün [email protected] və ya [email protected] ünvanlarına yazmalı.

Təcili məsələrlə bağlı aşağıdakı nömrələrə zəng etməyiniz xahiş edilir:

- (055)550 07 13 (WhatsApp)

- (055)208 07 13

Həmçinin istifadəçilər Hesab.az-ın rəsmi Facebook, İnstagram səhifələrinə yaza bilər: https://www.facebook.com/hesabaz/ , https://www.instagram.com/hesabaz/

Qeyd edək ki, yaranan vəziyyətlə bağlı GoldenPay/Hesab.az şirkətinin fəaliyyətində istifadəçi mənmuniyyətinə təsir edə biləcək heç bir texniki problem və ya ləngimə nəzərdə tutulmur. GoldenPay -in bütün IT heyəti, müştəri xidmətləri , həmçinin şirkətin departament rəhbərləri xüsusi rejimdə fəaliyyətlərini davam etdirəcək.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti