...

Şəmkirdə ağac kəsən şəxs cəzalanıb

Cəmiyyət Materials 3 Aprel 2020 10:25 (UTC +04:00)
Şəmkirdə ağac kəsən şəxs cəzalanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəmkir şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 9 müxtəlifcinsli ağacın kəsildiyi və təbiətə 1440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacların Şəmkir şəhər sakini Aydın Budaqov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Şəmkir rayon Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti