...

Daha bir qrup əlilliyi olan şəxsə reabilitasiya vasitələri evlərinə aparılıb verildi (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2020 12:33 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən daha bir qrup əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri evlərinə aparılıb verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, Bakı və Xırdalan şəhərlərində yaşayan həmin şəxslərə müraciətlərinə əsasən ehtiyac duyduqları əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. reabilitasiya vasitələri təqdim edilib.

Bu da COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar aparılan #evdəqal çağırışına dəstək məqsədi daşıyır.

Xatırladaq ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edilmək üçün 077 489 90 00, 077 489 90 04 və 077 489 90 05 telefon nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.

Müraciətlər əsasında reabilitasiya vasitələri 5 gün ərzində çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti