Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) #Bizbirlikdəgüclüyük şüarının səsləndirildiyi videoçarx hazırlayıb.
Trend-in məlumatına görə, videoçarxda neftçilər koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmaması üçün həmrəyliyə səsləyir.
Koronavirus infeksiyasının yayıldığı bu günlərdə iş başında olan neftçilər “Biz birlikdə güclüyük” mesajını səsləndirir.