...

Azərbaycanda koronavirusla bağlı bu gün 4676 test aparılıb

Cəmiyyət Materials 27 Aprel 2020 22:48 (UTC +04:00)

Bakı. Trend:

TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb.

Trend-in məlumatına görə, son sutka ərzində 4676 test aparılıb, onlardan 33-nün nəticəsi pozitiv çıxıb. Bu günədək ölkədə 128 807 test aparılıb.

Qeyd edək ki, ölkədə 1678 nəfər koronavirusa yoluxub. Onlardan 1162-si sağalıb, 22 nəfər isə dünyasını dəyişib. Hazırda aktiv xəstələrin sayı 494-dür. Onlardan 21-i renimasiyada müalicə olunur, 9-u isə süni tənəffüs cihazına qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti