...

Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 5 350 tənha yaşlıya və aztəminatlı ailəyə ərzaq yardımı edilib

Cəmiyyət Materials 28 Aprel 2020 11:54 (UTC +04:00)
Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 5 350 tənha yaşlıya və aztəminatlı ailəyə ərzaq yardımı edilib

Bakı. Trend:

Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 5 350 tənha yaşlıya və aztəminatlı ailəyə ərzaq yardımı edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib.

Qeyd edilib ki, ölkəmizdə tənha yaşlılara və digər həssas əhali qruplarına ərzaq yardımlarının göstərilməsi işləri davam edir.

Məlumata görə, bu istiqamətdə sosial dəstək aksiyaları keçirən sosial tərəfdaşlardan biri də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidir. Son günlərdə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Bakıda və respublikamızın bölgələrində ümumilikdə 5350 tənha yaşlıya və aztəminatlı ailəyə ərzaq yardımı verilib.

Ərzaq payları sosial xidmətçilərlə birgə tənha yaşlıların, aztəminatlı ailələrin evlərinə aparılaraq onlara çatdırılıb.

Keçirilən belə sosial aksiyalar ölkəmizdə pandemiya dövründə milli həmrəyliyin güclənməsinin növbəti təzahürü və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərə bir dəstəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti