...

Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkarlandı, 40 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Cəmiyyət Materials 1 May 2020 17:05 (UTC +04:00)
Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkarlandı, 40 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Bakı. Trend:

Azərbaycanda 50 nəfərdə koronavirus aşkarlanıb, 40 nəfər sağalıb 1 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146.630 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti