...

Hazırda Azərbaycanda maska qıtlığı problemi yoxdur

Cəmiyyət Materials 9 May 2020 17:32 (UTC +04:00)
Hazırda Azərbaycanda maska qıtlığı problemi yoxdur

Bakı. İlhamə İsabalayeva – Trend:

Maskalardan istifadə məcburi olduğu üçün maska qıtlığı problemi də yarana bilər, lakin hazırda belə bir problem yoxdur.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bütün apteklər qoruyucu vasitələrlə, eləcə də maskalarla təmin edilib: “Təlimata uyğun olaraq, ev şəraitində də maskalar hazırlana və onlardan istifadə edilə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti