...

Ticarət mərkəzində hadisə baş verən liftin istismarı qadağan edildi

Cəmiyyət Materials 16 May 2020 10:27 (UTC +04:00)
Gəncədə “Bazar Store” ticarət mərkəzində fəaliyyətində nöqsan aşkarlanan liftin istismarı qadağan edilib
Ticarət mərkəzində hadisə baş verən liftin istismarı qadağan edildi

Bakı. Samir Əli - Trend:

Gəncədə “Bazar Store” ticarət mərkəzində fəaliyyətində nöqsan aşkarlanan liftin istismarı qadağan edilib.

Bu barədə Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qazanqaldırıcı və Energetika Qurğularında İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Müfəttişliyinin baş məsləhətçisi - baş mütəxəssis Vidadi Bədəlov deyib.

Baş mütəxəssis bildirib ki, Gəncə şəhəri, N.Nərimanov prospekti 87 ünvanında yerləşən “Bazar Store” MMC-yə məxsus mağazada quraşdırılan yük liftində baş vermiş hadisə ilə əlaqədar Agentliyin Qərb regional müfəttişliyinin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılaraq akt tərtib edilib. Hazırda liftin istismarı dayandırılıb.

Xatırladaq ki, bir neçə gün öncə adı çəkilən mağazada liftin hərəkətində problem yaranıb. Nəticədə mağazanın satıcısı liftin şaxtasına düşərək xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti