...

“Virtual məktəb” layihəsi üzrə paytaxtda 340 mindən çox istifadəçi qeydiyyatdan keçib

Cəmiyyət Materials 13 İyun 2020 17:56 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

“Virtual məktəb” layihəsi üzrə paytaxtda 340 000-dən çox istifadəçi qeydiyyatdan keçib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən digər layihə - “Virtual məktəb” layihəsi fəaliyyətə başlayıb.

Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsinə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 340 000-dən çox istifadəçi qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti