...

TƏBİB: Kliniki əlamətləri COVİD-19 kimi olan xəstələrimizin sayı çoxdur

Cəmiyyət Materials 20 İyun 2020 11:48 (UTC +04:00)
TƏBİB: Kliniki əlamətləri COVİD-19 kimi olan xəstələrimizin sayı çoxdur

Bakı. İlhamə İsabalayeva – Trend:

Test nəticəsi neqativ çıxan və ya hələ açıqlanmayan, amma kliniki əlamətləri COVİD-19 kimi olan xəstələrimizin də sayı çoxdur.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bəzi hallarda - xəstəlik 7-8 gün irəlilədikdən sonra COVİD-19 virusu yalnız aşağı tənəffüs yollarında olur. Həmin zaman virus artıq burun-udlaq yollarında aşkarlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti