...

Bakıda sərtləşdirilmiş xüsusi karantin rejiminin ilk gecəsi - Postlar quruldu (FOTO)

Cəmiyyət Materials 21 İyun 2020 00:42 (UTC +04:00)
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejiminin ilk gecəsi - Postlar quruldu (FOTO)

Bakı. Asif Mehman - Trend:

Koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhərində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlərin tətbiqinə başlanılıb.

Trend-in məlumatına görə, şəhərin müxtəlif istiqamətlərində polis postları qurulub. Postlarda sürücü və sərnişinlərin hərəkət üçün icazələri yoxlanılır.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonununda fəaliyyətinə icazə verilməyən vətəndaşların icazəsiz evdən çıxması qadağandır.

Xəbər lenti

Xəbər lenti