...

Hazırda biz yoluxma sayında eyniləşmə, sabitlik əldə etmişik - Yaqut Qarayeva

Cəmiyyət Materials 10 İyul 2020 18:03 (UTC +04:00)
Hazırda biz yoluxma sayında eyniləşmə, sabitlik əldə etmişik - Yaqut Qarayeva

Bakı. Samir Əli - Trend:

Hər bir infeksion xəstəlik insandan-insana yoluxur və bunun qarşısını almaq üçün məsafə lazımdır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, ailə içərisində yoluxma varsa, kiçik ocaqlar kimi nəzarətdə saxlanılır: "Biz karantini yoluxmanın sayını azaltmaq üçün deyil, yoluxanlarla sağalanlar arasında stabilləşmə üçün etdik. Bu bizə çarpayı sayını nizamlamağa imkan verdi. Hazırda biz yoluxma sayında eyniləşmə, sabitlik əldə etmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti