Azərbaycan gənclərinə müraciət qəbul olundu

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun təşəbbüsü ilə ölkənin aparıcı gənclər təşkilatlarının iştirakı ilə baş tutan onlayn konfransda Ermənistanın Azərbaycana qarşı təxribatı, cəbhədə gedən döyüşlərlə bağlı müzakirələr aparılmış və Azərbaycan gənclərinə aşağıdakı müraciət qəbul edilib.

Trend-in məlumatına görə, müraciətdə deyilir:

“Əziz gənclər!

Vətənin sizə ehtiyacı var!

Bu məsuliyyətli məqamda düşmənə Azərbaycan gəncinin gücünü, vətənpərvərliyini, dövlətçiliyini və həmrəyliyini nümayiş etdir!

“Hər şey vətən üçün!” şüarı altında bir yumruq kimi birləşib, bütün dünyaya göstərin ki, heç bir qüvvə sabitliyimizi və ərazi bütövlüyümüzü təhdid edə bilməz! Qeyri-sağlam xülyalarla yaşayanların arzusu puç olmağa məhkumdur!

Son günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatının qarşısı qəhrəman ordumuz tərəfindən qətiyyətlə alınır, mənfur düşmənin qüvvələrinə qarşı cəza tədbirləri görülür, canlı qüvvəsi və texnikası məhv edilir.

Qəhrəman əsgər və zabitlər, həmçinin bölgədə yaşayan mülki əhali arasında da şəhidlərimiz var. Əlbəttə ki, onların qanı yerdə qalmır, şəhid olmuş hər bir vətəndaşımızın əvəzinə onlarla düşmən əsgəri məhv edilməlidir və edilir.

Biz bilirik ki, ordumuzun rəşadəti və vətəndaşlarımızın mətanətli dirənişi düşmən tərəfdə təşviş yaradır. Həm də əminik ki, son günlərdə bütün şəhər və rayonlarımızda ordumuza dəstək məqsədilə keçirilən yürüşlərdə on minlərlə, yüz minlərlə insanın, əsasən də siz - gənclərin yaratdığı coşqu, xalqımızın ordu və Ali Baş Komandanla birliyi, cəmiyyətimizdə hökm sürən yüksək vətənpərvərlik ruhu düşmən üçün ən böyük göz dağı oldu!

Lakin, erməni xislətini, onun mənfur və hiyləgər obrazını unutmayaq! Düşmən təxribatının məqsədi yalnız sərhəddə vəziyyətin gərginləşməsi deyil. Onun ən böyük arzusu ölkəmizdə iğtişaşlar, vətəndaş qarşıdurması yaratmaqla dövlətin diqqətini cəbhədən yayındırmaq, silahlı qüvvələrin yüksək döyüş əhval-ruhiyyəsini sarsıtmaq, ölkə rəhbərliyinə, ordu komandanlığına və əsgərimizə qarşı inamsızlıq yaratmaqdır.

Buna əsla imkan vermək olmaz! Heç bir dezinformasiya, saxta çağırış, təxribat bizim dəmir iradəmizi və etimadımızı sarsıtmamalıdır, əsl məqsəd və amalımızdan yayındırmamalıdır!

Dövlətimiz düşmənin sərhəd bölgələrində və cəbhə xəttində törətdiyi təxribatın qarşısını almağa qadir olduğu kimi, onun niyyətlərini ölkə daxilində həyata keçirmək istəyən qüvvələrin də hərəkətlərinin qarşısını qətiyyətlə almağa qadirdir və bunu edəcəkdir. Bizim üzərimizə düşən əsas iş isə öz Dövlətimizin, Dövlət Başçımızın yanında olduğumuzu nümayiş etdirməkdir.

Ölkə daxilində gərginliyin yaradılması, yeni cəbhənin açılması, iğtişaş ocağının alovlandırılması isə ancaq düşmənlərimizin məqsədlərinə xidmət edə bilər.

Bu gün beynəlxalq ictimaiyyət, dost və düşmən, hər kəs Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında nə qədər sıx birləşdiyini görməlidirlər. Ordumuzun gözü arxa cəbhədə qalmamalıdır! Onlar öz ailələrini, övladlarını, valideynlərini, yaxınlarını bizə əmanət edib, vətənimizin keşiyində gecə-gündüz düşmənə sinə gəlməkdədirlər!

Biz, ölkənin bütün gənclər təşkilatları adından bir daha gəncləri həmrəyliyə, təmkinli olmağa və təxribatlara uymamağa, əksinə onları ifşa etməyə, öz bilik, güc və enerjilərindən istifadə edərək sosial şəbəkələrdə düşmənlə mübarizəyə qoşulmağa çağırırıq!

Hər birimizin ürəyi düşmənlə təmas xəttində xidmət keçən əsgər və zabitlərimizlə, şəhid olan qardaşlarımızın valideynləri, övladları ilə birlikdə döyünür və inanırıq ki, Ali Baş Komandanın dəmir iradəsi, şərəfli Azərbaycan ordusunun gücü ilə düşmənə sarsıdıcı zərbələr davam edəcək!

#Hər şey vətən üçün!

#Allah qəhrəman əsgərimizi qorusun, onun gücünə güc qatsın!

#Ali Baş Komandanın əmrinə hazırıq!

#10 milyon insan – 10 milyon əsgər!

#Biz birlikdə güclüyük!”.

İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb
Türkiyədə 5 baldan yuxarı zəlzələ olub
Türkiyədə 5 baldan yuxarı zəlzələ olub
Loading Bars
Xəbər lenti
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı müvafiq tapşırıqlar verib
Helikopter "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb - Elçin Quliyev
Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək - DSX rəisi
İran XİN helikopter qəzası ilə bağlı ölkəmizə başsağlığı verib
Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib (FOTO/VİDEO)
Helikopter qızası ilə bağlı yaradılan istintaq qrupu Sənan Paşayevin icraatına verilib
Mətbuat Şurası Tofiq Yusifin vəfatı ilə bağlı nekroloq yayıb
Milli Məclisdə narkomaniya ilə mübarizəyə dair dinləmə keçirilib (FOTO)
Helikopter qəzası ilə bağlı şahidlər dindirilir - Baş Prokurorluq
Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib
Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapılıb
İsrail səfiri Azərbaycana başsağlığı verib
Əlaqələndirmə Qərargahının ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib (FOTO)
Helikopterin qəzaya uğramasında hər hansı kənar müdaxilənin olması istisna edilir - Baş Prokurorluq
600 min manatı Şamxal Həsənliyə vermişəm - Vüqar Səfərlinin məhkəməsindən
Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə başsağlığı verib
Daha 4 müəssisədə pozuntular aşkarlanıb
Binəli Yıldırım helikopter qəzası ilə bağlı başsağlığı verib
Dekabrın 1-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda mülki geyimli polislər maskadan istifadə etməyənlərə qarşı reydlər keçirib (VİDEO)
Prokuror Zakir Sultanova 12 il cəza istədi
“Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib (FOTO)
Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır - Hərbi ekspert
Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub (FOTO)
Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub
Bəzi avtobusların hərəkət sxemlərində dəyişiklik edildi
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Lənkəranda “EU4Lankaran” proqramının rəsmi açılış mərasimi olub
Hərbi helikopterin qəzaya uğradığı yerdən görüntülər (FOTO/VİDEO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 678 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb
Azərbaycan dili fənni üzrə sınaq imtahanı keçiriləcək
İran hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Helikopter qəzasında 14 nəfər həlak olub - ADLAR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
İşğaldan azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin iştirakı barədə müzakirə aparılıb (FOTO)
Paşa Bankın onlayn biznes krediti zirvədədir!
Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
AzMİU-da “Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransı keçirilib (FOTO)
İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA
Türkiyə və Rusiyadakı soyuq hava siklonları Azərbaycana təsir edəcək? - AÇIQLAMA
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb
30 tona yaxın yararsız məhsul məhv edilib
"JP Morgan" ilin sonuna qədər Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqlayıb
Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq seminarda iştirak edib (FOTO)
Üç qurum koronavirusun yeni “Omicron” variantı ilə bağlı vətəndaşlara müraciət etdi
Orta Asiya gəncləri üçün sahibkarlıq üzrə vebinar konfrans keçirilib (FOTO)
Magistraturaya hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçiriləcək
Satdığı şirniyyatdan qurd çıxan market rəhbərliyi məsuliyyətə cəlb olunub
Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olan zaman baş verib
Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq - Səttar Möhbalıyev
AccessBank-da iş var
Petkim Külək Elektrik Stansiyasının istehsal hədəfləri açıqlanıb
Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb
Azərbaycan və Türkiyə Qarabağda 128 kvadrat kilometr minalanmış ərazini birgə təmizləyib
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib (YENİLƏNİB)
Xəzər dənizində zəlzələ olub
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
İki rayon və 65 kəndə qazın verilişi müvəqqəti dayandırılacaq
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib
“Gənclərin biznes emalatxanası” layihəsinə start verilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq - Nazir
Küçədə aşkarlanan koronavirus xəstəsi barədə araşdırma aparılır
Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL
"SOCAR Türkiyə" investisiya planlarını açıqlayıb
Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb (FOTO)
Çin Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü barədə bəyanat verib
“SOCAR Türkiyə” əməliyyatların 90 faizini dollarla aparır - Baş direktor
Ötən gün ölkədə 16 yanğın olub, bir nəfər xilas edilib (VİDEO)
Ölmüş heyvan ətinin satışının qarşısı alınıb (FOTO)
“SOCAR Türkiyə”nin EBITDA üzrə gəliri açıqlanıb
Çoxmənzilli binalarda işıq sayğacları MTK hesabına quraşdırılmalıdır - Dövlət Xidməti
İnsan alverində təqsirləndirilən qadın 8 il azadlıqdan məhrum edildi
Azərbaycanda 20 mindən çox koronavirus testi istehsal olunub
MDU Erasmus+ layihəsi çərçivəsində tərəfdaşlığını davam etdirir (FOTO)
Bakıda küçədə döyülən şəxs xəstəxanada öldü
Azərbaycanda sığorta sektorunda yeniliklər planlaşdırılır
Bu il Petkimin gəlirləri rekord həddə olacaq - Zaur Qəhrəmanov
Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq bizim üçün çox vacibdir - Aİ (FOTO)
Kazanda “Müasir Müsəlman Mədəniyyəti Gənclər Festivalı” öz işini başa çatdırıb (FOTO)
Müayinədən keçirilmiş 2193 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib - DİN-in idarə rəisi
Cəbrayılda minaya düşən fəhlənin videogörüntüləri yayıldı
QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi”ni keçirir
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
TANAP-dan Türkiyəyə ötürülən qazın həcmi 13.4 milyard kubmetrə çatıb
Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib (FOTO)
Bütün xəbərlər