...

AZAL 159 Azərbaycan vətəndaşını Daşkənddən vətənə çatdırıb (FOTO)

Cəmiyyət Materials 16 İyul 2020 21:17 (UTC +04:00)
AZAL 159 Azərbaycan vətəndaşını Daşkənddən vətənə çatdırıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı (c) iyulun 16-da axşam saatlarında Daşkənddən 159 Azərbaycan vətəndaşı ilə çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti