...

İstifadəyə yararlı çimərliklər hansılardır? - MONİTORİNQ

Cəmiyyət Materials 4 Avqust 2020 16:14 (UTC +04:00)
İstifadəyə yararlı çimərliklər hansılardır? - MONİTORİNQ

Bakı. İlhamə İsabalayeva - Trend:

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərliklərdə monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti