...

DİM: İndiyədək buraxılış imtahanlarında 3 nəfər maksimal bal toplayıb

Cəmiyyət Materials 13 Avqust 2020 12:51 (UTC +04:00)
Azərbaycanda 11-ci siniflər üçün indiyədək keçirilən buraxılış imtahanlarında 3 nəfər 300 bal toplayaraq, maksimal nəticə əldə edib.
DİM: İndiyədək buraxılış imtahanlarında 3 nəfər maksimal bal toplayıb

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda 11-ci siniflər üçün indiyədək keçirilən buraxılış imtahanlarında 3 nəfər 300 bal toplayaraq, maksimal nəticə əldə edib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, həmin abituriyentlərin ikisi Xırdalan şəhər orta məktəb məzunlarıdırlar.

İmtahanda maksimal nəticə göstərən məzunlar Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin cari il məzunu Orucova Balaqız, Xırdalan şəhər 1 saylı orta məktəbin cari il məzunu Hüseyn Abdullayev və Lənkəran şəhər 10 saylı tam orta məktəbin ötənilki məzunu Mirənvər İsmayılzadədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti