...

“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Avqust 2020 20:20 (UTC +04:00)
“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib (FOTO)

Bakı. Trend:

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2020” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 23-də yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti