...

Peşə təhsili müsəssiələrində oxuyan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım ediləcək - QƏRAR

Cəmiyyət Materials 24 Avqust 2020 17:24 (UTC +04:00)

Bakı. Asif mehman - Trend:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” dəyişiklik edilib.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, peşə təhsili müsəssiələrində oxuyan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar yardım veriləcək. Beləki həmin şəxslər təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin edilsin və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət verilsin.

Digər bir dəyişikliklə, həmin təhsil müəssisələrini bitirmiş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti