...

Azərbaycanda 76 nəfər koronavirusa yoluxdu, 104 nəfər sağaldı, 2 nəfər dünyasını dəyişdi

Cəmiyyət Materials 14 Sentyabr 2020 17:42 (UTC +04:00)
Azərbaycanda 76 nəfər koronavirusa yoluxdu, 104  nəfər sağaldı, 2 nəfər dünyasını dəyişdi

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 76 yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib. Aktiv xəstə sayı 1979 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 630, bu günə qədər isə ümumilikdə 1 013 108 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti