Bakı. Ceyhun Ələkbərov - Trend:
İnternatda böyüyən daha sonra Vətən Müharibəsində döyüşən Elçin Əhmədov 2008-ci ildən SOCAR-ın Neft-qaz tikinti Trestində çilingər işləyir.
Bu barədə Trend-ə SOCARdan bildiriblər.
Qeyd olunub ki, hərbçimiz qardaşı ilə birlikdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən SOCAR-da təhsilə və işə cəlb edilmiş, eləcə də mənzillə təmin olunmuş gənclərimizdəndir:
"İkinci Qarabağ Müharibəsi başlayan gündən ön cəbhədə olan əsgərlərimiz sırasında Elçin Əhmədov da var. O, 2008-ci ildən SOCAR-ın Neft-qaz tikinti Trestində çilingər işləyir. Uşaq ikən valideynlərini itirən Elçin Əhmədov “Anasız böyümüşəm. Anam Vətənimdir və canımı qurban verməyə hazıram” deyir. O Hadrut və Şuşanın işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıq göstərib. Uşaq evində böyüyən Elçin ön cəbhədə tikililərdən birinin divarına yazdığı "Maştağa 1 N-li internat" sözləri ilə məşhurlaşan əsgərimizdir. Elçin Əhmədov və qardaşı Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən SOCAR-da təhsilə və işə cəlb edilmiş, eləcə də mənzillə təmin olunmuş gənclərimizdəndir. Qələbə sevincini bizə yaşadan zabit və əsgərlərimizlə qürur duyuruq. Qarabağ Azərbaycandır"!