...

İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi davam edir (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2020 13:54 (UTC +04:00)
İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi davam edir (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) dərslərin məsafədən keçirilməsi uğurla davam edir.

İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ-də təhsilin bütün pillələrində təhsilalanlar üçün dərslər sillabuslara və dərs cədvəllərinə uyğun olaraq, Təhsil Nazirliyinin tövsiyəsi ilə onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən keçirilir. “Microsoft Teams” platformasının üstünlüyü odur ki, dərslərə məsafədən qoşula bilməyən tələbələrin daha sonradan proqramdan istifadə etmək imkanları olur.

Qeyd edək ki, tədris prosesi zamanı tələbələrin qiymətləndirilməsi, müəllim-tələbə müzakirəsinin aparılması, mühazirə, eləcə də digər materialların ötürülməsi və başqa məsələlərlə bağlı Aİİ-nin müvafiq şöbələri qarşılıqlı şəkildə fəaliyyət göstərir.

Dərslərin məsafədən təşkili zamanı rəhbər heyət müntəzəm olaraq tələbələrlə onlayn görüşlər keçirir, onların problemlərini dinləyir, təklif və şikayətlərinin yerindəcə həll olunması üçün tapşırıqlar verir.

Azərbaycan İlahiyyat İnstitutunda 2020/2021-ci tədris ili üçün qış semestri imtahanlarına hazırlıq prosesi başlanıb. Yaxın günlərdə imtahanların keçirilməsi ilə bağlı Elmi Şuranın qərarı tələbələrə açıqlanacaq.

Məlumat üçün bildirək ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir. Baş nazir Əli Əsədovun Qərara etdiyi dəyişikliyə əsasən, Azərbaycan Respublikasında distant tədris prosesinin müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti