...

Biləsuvar gömrük postunda 35 metr hündürlüyündə bayraq dalğalanacaq (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2020 14:49 (UTC +04:00)
Biləsuvar gömrük postunda 35 metr hündürlüyündə bayraq dalğalanacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda 35 metr hündürlüyündə yeni bayraq dirəyi quraşdırılıb və dekabrın 24-də üçrəngli bayrağımız ucaldılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Dövlət Bayrağı postda xidmət edən DGK və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən rəsmi mərasimlə havaya qaldırılaraq dalğalandırılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Eyni zamanda, “Biləsuvar” gömrük postu ərazisində dövlətimizin atributlarının əks olunduğu məlumat lövhəsi də yenilənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti