...

Millət vəkili Naqif Həmzəyevin Vətən müharibəsi qaziləri ilə görüşləri davam edir (FOTO)

Cəmiyyət Materials 1 Yanvar 2021 13:21 (UTC +04:00)
Millət vəkili Naqif Həmzəyevin Vətən müharibəsi qaziləri ilə görüşləri davam edir (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Naqif Həmzəyev torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan Vətən övladları,şəhid ailələri ilə mütamadi görüşür, onların qayğıları ilə maraqlanır.

Trend xəbər verir ki, millət vəkili növbəti dəfə Şuşa və Xankəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edərək ağır yaralanmış qazimiz Hüseynov Əli Akif oğlunu ziyarət edib.

“Bütövləşən Vətən naminə dəmir yumruğumuzu düşmənin başına endirdik, onu əzdik, qələbə qazandıq. Qarabağ nisgili ilə dünyadan köçənlərimizin, şəhid oğullarımızın ruhları şad oldu. Möhkəm iradəli xalqımız 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimizlə, qanını Vətən torpağına qarışdıran şəhidlərimizlə, qazilərimizlə hər birimiz fəxr edirik”- deyə millət vəkili bildirib.

Naqif Həmzəyev ölkəmizin əldə etdiyi qələbə münasibəti ilə qazimizi təbrik edib, göstərdiyi qəhrəmanlığa görə təşəkkürünü bildirib.

Səmimi keçən söhbət zamanı qazimiz Azərbaycan ordusunu qələbəyə çatdıran döyüş təsüratlarını bölüşüb, xatirələrini danışıb, 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünün, xalqımızın birliyinin təsdiqi olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti