...

Azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq

Cəmiyyət Materials 22 Yanvar 2021 13:11 (UTC +04:00)
Azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin, ətraf mühitə və təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsi, bərpa planlarının dəqiqləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə işğaldan azad olunmuş ərazilərimizdə təbiətə qarşı ekoloji cinayətlərin, təbii sərvətlərə vurulmuş ziyanın hesablanması, mövcud yataqların istismar vəziyyətinin qiymətləndirilməsi və bərpası istiqamətində görüləcək işlərə Şura üzvlərinin cəlb olunacağı vurğulanıb.

Qarabağ bölgəsinin zəngin və füsunkar təbiətinin yenidən bərpası məsələlərində Şura üzvlərinin fəal iştirakının vacibliyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti