...

Partiya fəalları Gənclər Gününü qazilərlə birlikdə qeyd ediblər (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2021 14:25 (UTC +04:00)
Partiya fəalları Gənclər Gününü qazilərlə birlikdə qeyd ediblər (FOTO)

Bakı. Trend:

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəalları 44 günlük şanlı Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə yaralanan və hazırda evlərində müalicəsini davam etdirən qazilərə baş çəkməyi özlərinə mənəvi borc bilirlər.

Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrini müntəzəm olaraq ziyarət edən, onların problem və qayğıları ilə maraqlanan gənclər 2 Fevral Gənclər Gününü İkinci Vətən müharibəsi qaziləri ilə birlikdə qeyd ediblər.

Görüşlər zamanı YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov 44 gün ərzində davam edən Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan qələbədə, Zəfər tarixinin yazılmasında gənclərimizin xüsusi payı olduğunu qeyd edib, onlara gənclər adından dərin minnətdarlığını bildirib.

Səmimi keçən söhbətlər zamanı qazilər keçdikləri döyüş yolundan söz açıb, xatirələrini bölüşüblər. Göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edən qazilər bundan sonra da torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanın ətrafında sıx birləşəcəklərini bildiriblər.

Görüşlərdə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimiz yad edilib, Vətənin qəhrəman oğulları ilə fəxr edildiyi qürur hissi ilə vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti