...

Ali məktəblərdə mühazirə və seminarlar onlayn qaydada keçiriləcək - Nazirlik

Cəmiyyət Materials 4 Fevral 2021 12:48 (UTC +04:00)
Ali məktəblərdə mühazirə və seminarlar onlayn qaydada keçiriləcək - Nazirlik

Bakı. İlhamə İsabalayeva – Trend:

Ali məktəblərdə mühazirə və seminarlar ilin əvvəlində olduğu kimi onlayn qaydada keçiriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinin yaradıcılıq, tibb, mühənislik ixtisasları üzrə laboratoriyada işləmək tələb olunan fənlər əyani formada keçiriləcək. Peşə təhsili müəssisələrində də praktiki məşğələlər əyani formada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti