...

Ölkədə narkomaniyadan sağalan şəxslər işlə təmin ediləcək

Cəmiyyət Materials 22 Fevral 2021 17:18 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin edilməsi ilə bağlı tədbirlər görüləcək.

Trend-in məlumatına görə, bu barədə "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş planı"nda göstərilib.

Prosesə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatları da cəlb ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti