...

Bakıda avtomobillərin hərəkəti çətinləşib - Yol polisindən müraciət (FOTO/VİDEO)

Cəmiyyət Materials 24 Fevral 2021 10:19 (UTC +04:00)

​Bakı. Samir Əli - Trend:

Ötən gecədən etibarən ölkə ərazisində havaların kəskin dəyişməsi nəticəsində Bakıda avtomobil yollarında vəziyyət çətinləşib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, hazırda paytaxtda duman, çiskin, şaxta və qar müşahidə olunur:

“Əksər yollarda sürüşmə ehtimalı yaranıb, bəzi ərazilərdə avtomobillərin sürüşməsi artıq nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Eyni zamanda, texniki cəhətdən nasaz avtomobillərin yolun hərəkət hissəsində qalması problem yaşadır. Bəzi sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün artıq maddi zərərlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib. Lakin buna baxmayaraq, gecə saatlarından Bakı şəhər Dövlət Yol Polisinin bütün şəxsi heyəti səfərbər edilərək ərazidə xidmət təşkil edilib. Sürücülərə təhlükəsizliyin təmin edilməsi ilə bağlı köməklik göstərilir. Yolların təmizlənməsi ilə bağlı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birgə yol polisi işlər aparır".

V.Əsədov qeyd edib ki, yol kənarlarında səkilər qar olduğu üçün bəzi hallarda piyadalar avtomobil yollarının hərəkət hissəsinə çıxır: "Bu isə həm piyadaların həyatı üçün, həm də avtomobillərin hərəkətinə təhlükələr yaradır. Piyadalardan xahiş edirik, yalnız piyada səkiləri ilə hərəkət etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti