...

“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2021 14:42 (UTC +04:00)
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gündən Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunub. Yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir.

Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.

Yarmarka karantin rejiminin tələblərinə tamamilə əməl olunmaqla keçirilir. Yarmarkada əvvəlcədən qeydiyyatdan və tibbi müayinədən keçən fermerlər iştirak edirlər. Onlar ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunublar. Yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya tədbirləri aparılır, yarmarkaya daxil olan vətəndaşların temperaturları ölçülür, ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzərət olunur.
“Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Məqalədə:
Xəbər lenti

Xəbər lenti