...

Əlillər hər il reabilitasiya mərkəzlərinin xidmətlərindən yararlana biləcək - Agentlik sədri

Cəmiyyət Materials 10 Mart 2021 12:06 (UTC +04:00)
Əlillər hər il reabilitasiya mərkəzlərinin xidmətlərindən yararlana biləcək - Agentlik sədri

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin ikinci rübündə Şəmkir və Qəbələdə reabilitasiya mərkəzləri açılacaq.

Trend-in məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov deyib.

Onun sözlərinə görə, bu il Şağanda 250 yataqlıq Şağan Reabilitasiya Pansionatı açılıb. Ümumilikdə reabilitasiya xidmətlərinə cəlb olunanların sayı 30 min nəfərə çatıb.

C.Əbdül-Qədirov əlillərin hər il agentliyin nəzdində olan reabilitasiya mərkəzlərinin xidmətlərindən yararlana biləcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti