Bakı. Samir Əli - Trend:
Paytaxtda piyadaların iştirakı ilə ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi yollardan biri olan Zabrat yolundakı iki piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor obyektləri quraşdırılıb.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Qeyd edilib ki, yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin, xəstəxanaların və məktəblərin olduğunu nəzərə alaraq, piyadaların, o cümlədən əlilliyi olan şəxslərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə:
- Piyada keçidlərində panduslar inşa edilib;
- Pandusların üzərinə hiss ediləbilən döşəmələr yerləşdirilib;
- Svetofor obyektlərinə çağırıcı qurğular yerləşdirilib.
Bildirilir ki, görülən işlər həmin yol sahələrində yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqla yanaşı, həm də piyadaların rahat hərəkətinə şərait yaradacaq.