...

Jurnalistlər “Zəfər yolu”nun tikintisi ilə tanış olmaq məqsədilə Füzuliyə yola düşüblər

Cəmiyyət Materials 6 May 2021 07:33 (UTC +04:00)
Jurnalistlər “Zəfər yolu”nun tikintisi ilə tanış olmaq məqsədilə Füzuliyə yola düşüblər

Bakı. Trend:

Mayın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təşkilatçılığı ilə Füzulidə "Zəfər yolu"nun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti işləri ilə yerində tanış olmaq məqsədilə media nümayəndələri səfərə yola düşüblər.

Trend-in məlumatına görə, jurnalistlərə Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası barədə ətraflı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti