...

7 aydan sonra fəaliyyətə başlayan Bakı metrosu (FOTO)

Cəmiyyət Materials 31 May 2021 09:55 (UTC +04:00)
7 aydan sonra fəaliyyətə başlayan Bakı metrosu (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən ilin oktyabrından fəaliyyətsiz qalan Bakı metropoliteni bu gün səhər saat 06:00-dan öz qapılarını sərnişinlərin üzünə açıb.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.

Lakin həftə sonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Uzun aradan sonra fəaliyyətini bərpa edən Bakı metrpoliteninin ilk günündən fotoreportajı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti