...

Formula 1 Azərbaycan Qran Prisində Dövlət Himni mərasimi keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 6 İyun 2021 15:43 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisində Dövlət Himni mərasimi keçirilib (FOTO/VİDEO)

Bakı. Elçin Mehdiyev – Trend:

Formula 1 Azərbaycan Qran Prisi çərçivsində Azərbaycan Dövlət Himni mərasimi keçirilib.

Trend-in məlumatına görə, Formula 1 Azərbaycan Qran Prisi beşinci dəfə günəşli Bakı küçələrinə qayıdır. Asfalt сəngavərləri Bakı Şəhər Halqasını alovlandırmazdan öncə, bütün komandalar və tədbir qonaqları himn üçün ayağa qalxıb. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarış konsepsiyası vurğulanır və digər konsepsiya - multikulturalizm və tolerantlıq ideyasına əsaslanır.

Bu il Azərbaycan Respublikasının Dövlət Himni Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndirilib. Himn səsləndirilən zaman Azərbaycan Dövlət Bayrağını tutan müxtəlif millətlərin nümayəndələri trek üzərində dayanıb. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” şəklində dayanıblar.

Qeyd etmək lazımdır ki, bu mərasim üçün yaradılan Himnin xüsusi versiyası tanınmış Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanmışdır. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti