...

Silahlı Qüvvələr Günü münasibəti ilə Antalyada yaşayan azərbaycanlılar bir araya gəlib (FOTO)

Cəmiyyət Materials 27 İyun 2021 15:50 (UTC +04:00)
Silahlı Qüvvələr Günü münasibəti ilə Antalyada yaşayan azərbaycanlılar bir araya gəlib (FOTO)

Bakı. Trend:

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü münasibəti ilə Antalyada yaşayan azərbaycanlılar Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə bir araya gəliblər.

Trend-in məlumatına görə, həm Silahlı Qüvvələr Gününü, həm də pandemiya səbəbindən təxirə salınan Vətən müharibəsindəki qələbəmizi qeyd edən həmvətənlərimizə İraq Türkmən Birliyi və Həmrəylik Dərnəyi rəhbəri Kürşat Çavuşoğlu və idarə heyəti, Ahıska türkləri və Antalya Türk Ocaqları təşkilatının sədri Abdullah Uysal da qatılıb.

Tədbirin təşkilatçısı olan Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi İdarə heyətinin sədri Ceyran Səttarova və sədr müavini Azər İsmayıl gələn qonaqlara təşəkkürlərini bildirərək bu günlərdə birlik və bərabərliyin önəmli olduğunu vurğuladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti