...

Metroda gedişhaqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib - Bəxtiyar Məmmədov

Cəmiyyət Materials 12 İyul 2021 15:47 (UTC +04:00)
Metroda gedişhaqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib - Bəxtiyar Məmmədov

Bakı. Samir Əli - Trend:

"Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metroda gedişhaqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, təmsil etdiyi qurumun gedişhaqları barədə Tarif Şurasına müraciət etməsi ilə bağlı məlumatlar yanlışdır: "Metropoliten aidiyyəti üzrə dövlət strukturları, o cümlədən Tarif Şurası qarşısında hesabatlı qurumdur. Hər il metropoliten normativ sənədlərə uyğun olaraq bu hesabatı Tarif Şurasına təqdim edir. Amma bu hesabatın qiymətlərin tənzimlənməsinə heç bir aidiyyəti yoxdur. Bakı metropoliteni bu günə qədər Tarif Şurasına metroda gedişhaqlarının tənzimlənməsinə yenidən baxılması ilə bağlı müraciət etməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti