...

Azərbaycanda 668 nəfər COVID-19-a yoluxub, 178 nəfər sağalıb

Cəmiyyət Materials 30 İyul 2021 16:17 (UTC +04:00)
Azərbaycanda 668 nəfər COVID-19-a yoluxub, 178 nəfər sağalıb

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 343 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752 nəfər müalicə olunaraq sağalıb, 5 022 nəfər vəfat edib, aktiv xəstə sayı 5 442 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 881, ötən müddət ərzində isə ümumilikdə 4 023 954 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti