...

Dünən keçirilən MİQ üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb

Cəmiyyət Materials 24 Avqust 2021 17:38 (UTC +04:00)
Dünən keçirilən MİQ üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb

Bakı. Çingiz Səfərli - Trend:

Avqustun 23-də keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, biologiya, ingilis dili, rus dili və musiqi fənləri üzrə keçirilən müsahibələrdə 484 nəfər namizəd uğur qazanıb.

Müsahibələrdə uğur qazanan namizədlər zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Sənədlərin təqdim olunması üçün son tarix 27 avqust saat 18:00-dır.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Qeyd edək ki, çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti