...

Bu marşrutun hərəkət sxeminə müvəqqəti dəyişiklik edilib

Cəmiyyət Materials 30 Avqust 2021 17:47 (UTC +04:00)
Bu marşrutun hərəkət sxeminə müvəqqəti dəyişiklik edilib

Bakı. Çingiz Səfərli - Trend:

Nazim İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib.

Trend xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, marşrutun hərəkət sxemi müvəqqəti olaraq Sakit Qocayev, Əhməd Mehbalıyev və Zaur Şərifov küçələrindən keçməklə müəyyən edilib.

Twitter:@cingizsafarli

Xəbər lenti

Xəbər lenti